Yerin 12 000 metr dərinliyinə kamera göndərildi

  • 20.02.2020
  • 0

Gördüyünüz metal qapaq dünyanın ən dərin quyusunun ağzını bağlayıb...  Bu quyuya “cəhənnəmə gedən yol” da deyilir. Çünki, qazıntı zamanı eşidilən səsləri siz də eşidəndə niyə belə deyildiyinin səbəbini biləcəksiniz. 

S/T: 1960-cı illərdə Rusiyada geniş və böyük bir çuxur kəşf edildi. Heç kim bu çuxurun nə vaxt və necə əmələ gəldiyini bilmir. Bütün hekayə də bundan sonra başladı.   

1989-cu ildə SSRİ dağıldı. Prosesin ikinci mərhələsi kimi KQB-yə aid  sənədlərin  ələ keçirilib araşdırılması başladı. Qovluqlar arasında üstündə “gizli” emblemi olan biri daha çox marağa səbəb oldu. Qovluqdakı ilk sənədi oxuyanların çoxu orda yazılanlara inanmadı. Qısa vaxt ərzində mətbuatın əlinə keçən və böyük səs-küy yaradan sənəddə bunlar yazılıb: 

“20 may 1970-ci ildə dünyanın dibini kəşf etmək üçün işə başlandı”. 

Qovluqdakı sonrakı sənədləri oxuduqca məlum oldu ki, dünyanın dibini kəşf etmək işinə sovet alimləri xüsusi nəzarət edib. “Dib” ideyasının əsas qaynaq nöqtəsi isə Kola yarımadasında kəşf edilən qeyri-adi çuxur olub.  Layihənin əsas məqsədi Yerin necə əmələ gəldiyini bilmək və yer qabığının alt qatlarına enərək araşdırmaq idi. Güman edilirdi ki, layihə dünyamızın tarixindəki bəzi sirli məqamları da açıqlayacaq.

S/T: “Dib” ideyası başlayandan bu günədək çox əfsanələrin yaranmasına və yayılmasına səbəbiyyət verib. Qeyd edim ki, sondaj qazıntısına ilk başlayan ABŞ idi. Amma, həmin qazıntı barədə o dövrün mətbuatında nəsə tapmaq mümkün deyil... 

“Dib” layihəsində 3 mindən çox  işçi növbə ilə çalışıb. Onların arasında geoloqlar, elm adamları və dövlətin qazıntıya nəzarət üçün xüsusi təyin etdiyi şəxslər vardı. 

Sənədlərə əsasən, qazıntı işləri hər gün erkən saatlardan başlayıb, gecəyarısınadək davam edib...  Planlanan dərinlik 15 min metr, yəni 15 km olub. 

Həmin dövrün mənzərəsinə nəzər salanda qarşımıza çıxan təzad olduqca maraqlıdı. ABŞ üzü yuxarıya, SSRİ isə üzüaşağıya yolçuluğa başlayır və hər ikisi də  elmi və texnoloji nailiyyətlərdə bir-birini qabaqlamağa çalışır. Düzdü, ruslar da ötən əsrdə kosmik araşdırmalar aparıb, hətta, ilk dəfə 1957-ci ildə kosmosa süni peyk göndərən də ruslar olub. Yenə də sovet alimlərinin “dünyanın dibini kəşf etmək” iddiası daha çılğın idi... Onların  fikrincə, bütün sirli sualların cavabı yerin dərinliyindəydi. 

1979-cu ildə “dib” layihəsində 9583 m-ə, Amerikadakı Berta Rogers sondajının dərinliyinə çatdılar. Sonrakı 4 ildə aparılan intensiv qazıntı prosesilə  ruslar 1983-cü ildə 12 km dərinliyə enməyə nail oldular. Bundan sonrakı hər 10 metrdə müxtəlif problemlər baş qaldırdı. Sərt qayaların oyulması üçün bir müddət işə fasilə verildi. Yeni planlar hazırlandı.

1984-cü ildə sondaj maşınının ucu parçalandı.  Qazıntı heyəti sondaj maşınını geriyə-7 min metrədək çəkib qazıntının istiqamətini dəyişməyə məcbur oldular. 1989-cu ildə 12262 m dərinliyə çatdılar. Bu dərinlikdə təxmin ediləndən daha artıq istiliklə - 1800 C ilə qarşılaşdılar.  1992-ci ildə layihə dayandırıldı.

İndiyədək o dövrün mətbuatından əldə edilən məlumatlar yalnız bunlardı. Təbii ki, “dib” layihəsi hökumətin nəzarətində olan xüsusi əməliyyatlardan sayılırdı və SSRİ rəhbərliyi məlumatları  olduğu kimi xalqa açıqlamayacaqdı... Sondaj prosesi zamanı yerin altından çıxarılan bütün nümunələr indiyədək dövlət sirri kimi qorunmaqdadır. 

“Dib” layihəsində yer alan, Yer qabığı mövzusunda dünyanın ən məhşur mütəxəssislərindən biri olan Dmitri Azzakov`un qeydlərində isə bundan daha artıq məlumata rast gəlmək olur. Onun yazdığına görə, əslində, 12 min metr dərinlikdən sonra layihənin dayandırılma səbəbi texniki problem deyildi.  Azzakov qeydlərində yazır ki, sondaj maşını bir az daha dərinə enməyə çalışırkən sanki boşluğa düşdü. Dəlicinin ağzı boş-boşuna fırlanırdı.  Yeraltında bir çuxur, bir boşluq vardı. Mühəndislər maşının xarab olduğunu düşündülər, onu geri çəkməyə başladılar. Sondaj aləti çıxarıldıqdan sonra baxdılar ki, dəlici burğunun bir qismi əriyib. 12 km dərinlikdən gələn isti hava ilə yanaşı qəribə uğultular da eşidilirdi. İstiliyin dərəcəsi ölçüldüyündə heyət gözlərinə inanmayıb: 12000 C temperatur. Bu, həqiqi ola bilməzdi... 

Maqmanın istiliyi 20000 C ikən  bu dərinlikdə 12000 C temperatur, həqiqətən, inanılmaz idi.

Nə düşünürsən?