Saxlanılan icra başçısı seçkilərə müdaxilə edib?

  • 20.02.2020
  • 0

Neftçalanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan icra başçısı İsmayıl Vəliyev parlament seçkiləri zamanı seçkilərə müdaxilə etməyib.


Bu barədə Oxu.Az-a 61 saylı Neftçala Dairə Seçki Komissiyasının sədri Şaiq Məmmədov bildirib.


Onun sözlərinə görə, icra başçısının seçkilərə müdaxiləsi barədə xəbərlər həqiqətləri əks etdirmir.


REKLAM


www.mazdacx5.az


Читать дальше


Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev saxlanılıb.


Yerli mətbuatdakı xəbərlərin bir qismində iddia olunur ki, icra başçısı Neftçalada seçkilərə müdaxilə edib.


Xatırladaq ki, 61 saylı Neftçala Seçki Dairəsi üzrə lider namizəd Sabir Rüstəmxanlıdır. 

Nə düşünürsən?