Türkiyəli Robinzon: 14 ildir adada tənha yaşayır

  • 20.02.2020
  • 0

80 yaşlı Ziya Abay 14 ildir insanlardan ayrıca adada tənha yaşayır. Onun Robinzon həyatı keçirməsinə səbəb isə həyat yoldaşını avtomobil qəzasında itirməsi olub.

Bizimyol.info xəbər verir ki, qəzadan sonra özünə gələ bilməyən qoca Keban su anbarı hövzəsində yerləşən kiçik bir adaya yerləşib və xanımının xatirəsi üçün bu adanı sözün həqiqi mənasında cənnətə çevirib. Bu illər ərzində adaya 3500 ağac, tərəvəz bitkiləri əkərək öz cənnətini qurub.

Ziya Abay əslində 4 övlad atasıdır, Elazıqlıdır. 1995-ci ildə xanımını itirdikdən sonra bir müddət doğma şəhərində yaşasa da, bu həyat ona dar gəlməyə başlayıb. Övladları da hərəsi fərqli şəhərlərdə iş həyatına başlayınca Ziya Abay Robinzon kimi yaşamağa qərar verib. 80 hektar ərazisi olan və içində bir ağac belə olmayan Keban su anbarının adası isə onun qaçış yeri olub. Adada elektrik və içməli su yoxdur. Ziya Abay motorlu qayığı ilə şəhərə yalnız iki həftədə bir çörək və su almaq üçün gəlir. Adanın ona dinclik və güc verdiyini deyən “Robinzon” ömrünün sonuna qədər burda yaşamağa davam edəcəyini bildirib.

Nə düşünürsən?