Kif atan burgerin reklamı iyrəndirdi

  • 20.02.2020
  • 0

"Burger King" restoranlar şəbəkəsi yeni burgerinin qeyri-adi reklamını təqdim edib.

BiG.AZ-ın verdiyi xəbərə görə, şirkətin "Twitter" səhifəsində dərc olunan reklamda süni qatqılar olmayan burgerin 34 gün ərzində kif atması göstərilir.

“Əsl yeməyin gözəlliyi, olun çirkin hala düşməsindədir. Məhz buna görə biz süni qatqıları olmayan "vopper" hazırlayırıq", - deyə şirkət reklamı şərh edir.

Lakin bu reklam birmənalı qarşılanmayıb və istifadəçilərin bəzilərini "Burger King" məhsullarından iyrəndirib. Bəziləri isə, əksinə, reklamı bəyənərək şirkəti dəstəkləyiblər.

CNBC-nin məlumatına əsasən, artıq şəbəkənin 400-dən çox restoranında belə burgerlər satılır. Təbii "vopper"in 2020-ci ilin sonuna qədər ABŞ-dakı bütün "Burger King" restoranlarında satılacağı bildirilir.

Nə düşünürsən?