Qəzadan qaçmaq istədi, su kanalına düşdü

  • 20.02.2020
  • 0

Bakı-Quba yolunun Nasosnu hissəsində idarəetməni itirən avtomobil su kanalına düşüb.

YPX.AZ xəbər verir ki, hadisə bu gün səhər saat 09:00 radələrində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı avtomobil qarşıdan əks yola çıxaraq hərəkət edən digər avtomobil ilə toqquşmadan yayınmaq istəyərkən körpüdən çıxaraq su kanalına düşüb.

Oxucumuzun “Qaynar xətt”imizə verdiyi məlumata görə, sürücü ciddi xəsarət almasa da təcili tibbi yardım ilə xəstəxanaya aparılıb.

Nə düşünürsən?