Miri Yusifdən Karaoke Albom

  • 20.02.2020
  • 0

Xalq artisti Miri Yusif 20.02.2020 tarixində YouTube kanalında "20 böyük hit" adlı yeni karaoke albomunu təqdim edib. 

News24.az xəbər verir ki, SS production tərəfindən yayımlanan albomda müğənnini tanıdan və sevdirən 20 böyük hit öz layiqli yerini tutmuşdur. Çox gözlənilən 20 fevral tarixindən başlayaraq, 20 gün ərzində albomdakı mahnılar hər gün saat 20-də bir bir yayımlanacaq.

Artıq karaoke albom sənətçinin “ruh əkizlərini” nəinki sevimli mahnılarını oxumağa, eyni zamanda, Miri Yusifin elan etdiyi müsabiqədə daha həvəslə iştirak etməyə sövq edəcəkdir.

Xatırladaq ki, müsabiqəyə qatılmaq üçün Miri Yusifin sevilən mahnılarından birini oxumaqla video çəkib #mycrystalhall haştaqi ilə paylaşmaq tələb olunur. Ən fərqli videoların müəlliflərini isə həm 24 may Crystal Hall-da keçiriləcək konsertə biletlər, həm də konsert zamanı yaddaqalan sürprizlər gözləyir.

Nə düşünürsən?