Seçkidə qanun pozanlar həbs oluna bilər

  • 20.02.2020
  • 0

“Seçki prosesini pozan, saxtakarlığa yol verən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Qanun bunu tələb edir”.

BakuPost xəbər verir ki, bunu “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev İTV-də yayınlanan "Diqqət Mərkəzi - Yekun" proqramında deyib.

Onun sözlərinə görə, baş verən pozuntuların hansı nəticələrə gətirib çıxarması müəyyən olunmalı və qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxslər cəzalandırılmalıdır:

“Seçki Məcəlləsində pozuntularla bağlı hansı məsuliyyətin nəzərdə tutulması öz əksini tapıb. Eyni zamanda İnzibati Xətalar Məcəlləsində bu məsələləri özündə ehtiva edən 15, Cinayət Məcəlləsində isə 4 maddə var. Hətta bu pozuntulara görə 7 il azadlıqdan məhrum etməylə bağlı cəza var. Başqasının əvəzinə topa-topa bülletenlər atan şəxsin yüksək məbləğdə cərimələnməsi, islah işlərinə cəlb edilməsi ilə bağlı qanun var”.

Nə düşünürsən?