Faciəyə gedən yol...

  • 19.02.2020
  • 0

Şahidlər işğal ərəfəsindəki Xocalıdan danışır

Dürdanə Ağayeva Xocalının işğalı günü ermənilərin əsir götürdüyü yüzlərlə qadından biridir. 8 gün erməni əsirliyində qalan 20 yaşlı qız düşmənin hər cür işgəncə və təhqirlərinə dözüb. Onun yaşadıqlarından növbəti sujetlərimizdə söhbət açaçağıq.


Bu dəfə Dürdanə xanımla işğal ərəfəsindəki Xocalıdan danışdıq.


Rayonda dinclik pozulmuşdu. Xocalı və Xocalıların yuxusu ərşə çəkilmişdi. Hər şey sürətlə açı sonluğa doğru gedirdi.


O vaxt baş verən dəhşətləri olduğu kimi təsvir edərək yaddaşlarlda canlandıran təbii ki, əlbəttə Xocalı sakinləri, o gecənin şahidlərdir. O vaxtlar 20 yaşlı rabitəçi işləyən Dürdanə xanım deyir ki, Xocalıya kömək üçün var gücümüzlə çalışırdıq.


Hər gecə qorxu və vahimə içərisində olan Xocalılıar bilmirdi ki, əsl faciə hələ qarşıdadır. 26 fevrala sayılı günlər qalırdı.

Nə düşünürsən?