Bu videoya görə seçkilər ləğv edildi

  • 19.02.2020
  • 0

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən qeydə alınan namizəd Samirə Rəfullayevanın şikayətinə baxılıb.


Oxu24.com -un  məlumatına görə, Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, seçki məntəqələrinin bəzilərində qanun pozuntularını təsdiq edən videgörüntülər var: “Araşdırma zamanı namizədin mübahisələndirdiyi bəzi seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələrində iddia edilən qanun pozuntuları  təsdiqini tapmayıb. 12, 14, 16 və 18 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlandığından bu məntəqələrdə səsvermənin nəticəsinin etibarsız sayılması qənaətinə gəlinib”.


 


MSK şikayəti müzakirə edib və qismən təmin edilməsinə qərar verib. Qərarda 12, 14, 16 və 18 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilib.

Nə düşünürsən?