Türkiyədə hər kəs 10 yaşlı Atakandan danışır

  • 19.02.2020
  • 0

10 yaşlı “kitab qurdu” Atakan bu gün Türkiyədə sosial şəbəkələrin ən çox müzakirə etdiyi şəxslərdən biridir.

“Qafqazinfo”nun məlumatına görə, Fethi Çağıl adlı tvitter istifadəçisi öz hesabında Atakanın videosunu yayaraq onunla kitab sərgilərindən birində tanış olduğunu, azyaşlının 5 ay ərzində Aristotel, Ziqmunt Bauman, Jan Jak Russo daxil olmaqla bir çox dahinin 250 kitabını oxuduğunu bildirib.

Atakanın sözügedən videosu qısa zaman ərzində çox sayda insan tərəfindən bəyənilib və “dahi insan” başlığı ilə paylaşılıb.

Bundan əlavə, olduqca kasıb ailənin uşağı olan Atakan adi məktəblərdən birində təhsil alır. Sosial şəbəkədə onun özəl məktəbdə oxuması üçün kampaniya başladılıb.

Nə düşünürsən?