"Onların psixoloji problemi var, nəsə çatışmır"

  • 19.02.2020
  • 0

“Hər kəs öz ailəsinin tərbiyəsini göstərir. Bəzi ifaçılar gündəmdə qalmaq üçün bu sözü istifadə edirlər”.

BiG.AZ xəbər verir ki, bu sözləri ARB TV-də yayımlanan “Show News” proqramına açıqlamasında “Müğənni qız almaram” fikirlərinə münasibət bildirən Xalq artisti Nəzakət Teymurova söyləyib.

Sənətçi belə fikirlərin əlehinə olduğunu bildirib:

“Onların da ailələri var. Onda siz özünüz kimsiniz? Onların psixoloji problemi var, nəsə çatışmır. Belə şey danışmaq olmaz. Hərlənib öz ailəndən elə şey çıxar ki... Həyatda hər şey olur. Övladları xoşbəxt olmayan insanlar təkcə sənətçilərin ailələrində deyil. Sənət adamları övladlarını hər şeydən qoruyur”.

Qeyd edək ki, “Müğənni qız almaram” sözlərini Əməkdar artistlər Könül Kərimova və Elnarə Abdullayeva söyləmişdi.

Nə düşünürsən?