Futbolçu azyaşlı qızı zorladı və öldürüldü

  • 19.02.2020
  • 0

İngiltərədə futbolçu sinif yoldaşına təcavüz edib, sonra öldürüb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisənin təfərrüatı açıqlanıb.

19 yaşlı futbolçu Joseph Trevor gecə klubunda rastlaşdığı sinif yoldaşı 18 yaşlı Megan Neuman ilə qızın evinə gəlib.

Joseph Trevor daha öncədən də təcavüz ittihamından təqsirləndirilib. Megan Neuman bu ittihamdan xəbərdar olduğunu və yoldaşlarına da deyəcəyini bildirdikdə, içkili, narkotikin təsirində olan futbolçu onu boğmağa başlayıb. Daha sonra isə təcavüz edib. Bununla da əsəbi soyumayan cinayətkar mətbəxə gedərək bıçaq gətirib, onu 9 dəfə kürəyindən bıçaqlayaraq öldürüb və evdən çıxıb.

Qonşular qanlı açarı gördükdə dəhşətli hadisə üzə çıxıb. Polis binanın videokamerasını izləyərkən cütlüyün evə birlikdə girdiklərini, Joseph Trevorin isə tək çıxdığını görüb.

Araşdırma aparıldıqdan sonra həbs edilərkən üzərində narkotik tapılan 19 yaşlı futbolçu ömürlük həbs cəzasına məhkum edilib.

Məlumatda qeyd edilib ki, Trevor minimum 21 il, 65 gün həbsdə qalacaq və təcavüzçü cinayətkar kimi qeydlərə düşəcək.

Nə düşünürsən?