“Instagram” ulduzuna çevrilən yaşlı fitnes-model hər kəsi heyran qoydu

  • 19.02.2020
  • 0

Arıqlayaraq görünüşündə böyük dəyişikliklərə nail olan nənə əsl “Instagram” ulduzuna çevrilib.

Bu barədə REN.TV xəbər yayıb.

Coan Makdonaldın sosial şəbəkədə 335 min izləyicisi var. Üç il əvvəl 70 yaşı olanda onun həyatı dəyişib. Coanda köklüyü ilə əlaqədar problemlər yaranıb. Qızı məşq proqramı ilə tanış etmək üçün ona smartfondan istifadə etməyi öyrədib. Coan yeni məşğuliyyəti sayəsində 25 kiloqram arıqlayıb. Buna qədər onun çəkisi 90 kiloqram olub.   

Yaşlı fitnes-model bildirib ki, insan hər zaman dəyişmək barədə qərar verə bilər.

Nə düşünürsən?