Bakıda canavar 54 yaşlı kişiyə hücum etdi

  • 19.02.2020
  • 0

Bakıda canavar yerli sakini dişləyib.

Bax.tv report-a istinadən əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu canavarın hücumuna məruz qalıb. Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib.

C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. 

Nə düşünürsən?