PSJ "Borussiya" səfərindən məğlub dönür

  • 19.02.2020
  • 0

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.


Offsideplus.az xəbər verir ki, Dortmunddakı "Siqnal İduna Park"da isə "Borussiya" ilə Fransa PSJ-si üz-üzə gəlib. Görüşün ilk yarısında hesab açılmayıb. Qollar isə ikinci hissənin sonlarına doğru vurulub. 68-ci dəqiqədə meydan sahiblərindən Erlinq Haaland hesabı açıb. 76-cı dəqiqədə Neymar bərabərlik qolunu vursa da, 78-ci dəqiqədə Haaland yenidən fərqlənərək, yekun nəticəni müəyyənləşdirib - 2:1.
Qeyd edək ki, cavab qarşılaşmaları martın 11-də keçiriləcək.