Bakıda məcbiri köçkünlərin evləri yandı

  • 18.02.2020
  • 0

Gecə saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində güclü yanğın olub. Hadisə Laçın və Xocalı rayonundan olan məcburi köçkünlərin yaşadığı mənzillərdə baş verib. Yanğın zamanı 7 ev yanaraq yararsız vəziyyətə düşüb.

Məcburi köçkünlərin yaşadığı həyət evlərində güclü yanğın olub. Nəticədə 7 ev yanaraq kül olub.

Hadisə gecə saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib. Laçın və Xocalı rayonundan olan məcburi köçkünlərin yaşadığı 7 ev bir anda alovlanaraq yarasız hala düşüb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən avtomobilləri və canlı qüvvə, eləcədə təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, məcburi köçkünlərin məskunlaşdığı, ümumi sahəsi 372 m² olan birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları 318 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub və yanğın söndürülüb.

Hadisə zamanı ölən və xəsarət alan olmasada 7 evin sahibinə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ''Xəzər Xəbər''ə bildirilib ki, yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Komitənin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində yanğının baş verdiyi tikilidə 7 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı müəyyən edilib. Onlardan 3-ü Laçın, 4-ü Xocalı rayonundan məcburi köçkündür. Bakı şəhərində Dövlət Komitəsinin balansında olan xüsusi təyinatlı yaşayış sahələrində hazırda boş mənzil olmadığı üçün həmin ailələrə regionlarda mənzil təklif edilib. Eyni zamanda, yanğın baş vermiş tikilidə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırlıb.

Nə düşünürsən?