Azərbaycanda kimlər silah ala bilər?

  • 18.02.2020
  • 0

Hər bir Azərbaycan vətəndaşı silah almaq hüququna malikdir. Amma, bu hüququ əldə etmək üçün müəyyən tələblər var. Bu silahlar hansı kateqoriyaya aiddir və neçə ədəd almaq olar? 

Femida.az  xəbər  verir  ki,  mövzu  ilə  bağlı  açıqlama  verən  hüquqşünas  Sima Yaqubovanın sözlərinə  görə, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır.
 Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər. Silahın alınmasına xüsusi icazə verilir. Xüsusi icazəni əldə etmək üçün vətəndaş tərəfindən aşağıdakı sənədlər təqdim olunur:
• Ərizə (polis orqanından alınmış blank doldurulur)
• Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;
• Sağlamlıq haqqında tibbi arayış;
• 3x4 sm ölçüdə iki ədəd fotoşəkil.
• Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğu və profilaktiki uçotda olub-olmaması yoxlanılır. Dövlət orqanı tərəfindən xüsusi yoxlanılması həyata keçirilən şəxslər barədə belə yoxlamalar aparılmır.
• Mülki silahın əldə edilməsinə xüsusi icazə verilməsi üçün vətəndaşın ovçular cəmiyyətinin üzvü olması tələb edilmir.
• Əcnəbilər vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidir. Bu halda tibbi arayış təqdim edilmir və məhkumluğu yoxlanılmır.
Kimlər  silah  ala  bilməz?
Hüquqşünasın  sözlərinə  görə,vətəndaş narkomaniyadan, alkoqolizimdən əziyyət çəkirsə,əvvəllər ağır cinayətlər  törədibsə, onlara  silah  satılmasından  imtina  edilə  bilər.
Daha  ətraflı  video  materialı  təqdim  edirik:

Nə düşünürsən?