Toy kortejində olan "Lamborghini" külə döndü

  • 18.02.2020
  • 0

Böyük Britaniyanın Bredford şəhərində toy kortejində olan "Lamborghini" qəza törədib.

Bax.tv Trend-ə istinadən xəbər verir ki, sürət həddini aşan lüks avtomobil yolun kənarında dayanan "Volkswagen Golf" avtomobilinə çırpılıb.

Qəza nəticəsində "Lamborghini" yanaraq külə dönüb.

Hadisə zamanı 3 nəfər xəsarət alıb. İnsidentlə bağlı araşdırma aparılır.

Nə düşünürsən?