Vaqif Əsədov sürücü diqqətsizliyi səbəbindən baş verən qəzalardan danışdı

  • 17.02.2020
  • 0

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin sükan arxasında diqqətli olmaları barəsində yeni maarifləndirici sosial çarx hazırlayıb. 

 

YPX.AZ xəbər verir ki, sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri sükan arxasında diqqəti olmağa təşviq etmək, qəzaların qarşısını almaqdır. 

 

Təqdim olunan video çarxda sürücünün diqqətini yayındıra biləcək hər hansisa bir şeyin qəzaya səbəb ola biləcəyi və bunun can itkisi ilə sonlanabiləcəyi vurğulanıb. İnsanların ən həssas olduqları ailə faktoru üzərindən sosial mesaj verən çarx sürücülərin bu kimi hallardan yayınmaları və diqqətlərini yola yönləndirməli olduqlarının nə dərəcədə önəmli olduğunu özündə əks etdirir.

 

Redaksiamızın qonağı olan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov sözügedən videoçarxı YPX.AZ təqdim edərkən verdiyi müsahibə zamanı bildirib ki:

 

“Son bir neçə ayda baş verən qəzaların 80 faizi sükan arxasında sürücü diqqətsizliyi səbəbindən baş verib.”

 

Polkovnik əlavə olaraq qeyd edib ki:

 

" Hər bir hərəkət iştirakçısını təhlükəsizliyin təmin edilməsində birliyə və nizam-intizama dəvət edirik. Yol qəzalarının baş verməsinin başlıca səbəblərindən biri də yol hərəkəti mədəniyyətinin nisbətən aşağı olmasıdır. Düşünürəm ki, bu sosial çarxlara baxan hər bir sürücü nəticə çıxararaq bir həyatın daha xilas olamasında rol oynamış olacaq."

Nə düşünürsən?