Özünü buzlu çaya atan gənci polislərin xilas etməsi görüntüləri

  • 17.02.2020
  • 0

Dünən Sankt-Peterburqun mərkəzində daha bir intihar məqsədi ilə özünü çaya atan gənc polislər tərəfindən xilas edilib.


YPX.AZ xəbər verir ki, hadisə fevralın 16-da səhər saatlarında Griboedov kanalının sahilində baş verib. Belə ki, Novo-Konyushenny körpüsündə 23 yaşlı gənc anidən özünüüzəri nazik buz bağlamış çaya atıb. Hadisəni görən turislik polis əməkdaşları köməyə gəliblər.


Polis leytenantı Dmitri Zaitsev suya atılaraq incə buzlu çayda boğulan gənci xiçlas etmək üçün sürünərək onu çayın sahilinə, istinad divarlarına tərəf gətirib və digər polislərin də köməyi ilə onu sudan çıxarıb. Hadisəni ətrafda olan insanlar anbaan video qeydə alıb. Verilən məlumata görə, 23 yaşlı gənc xəstəxanaya çatdırılıb və heç bir həyati təhlükəsi yoxdur.


Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, 29 yaşlı polis leytenantı Dmitri Zaitsev və silahdaşları Mərkəzi Rayon patrul postunun üzvləridir.

Nə düşünürsən?