Bakıda qonşu qonşusunu başından bıçaqladı

  • 17.02.2020
  • 0

Bu gecə paytaxt ərazisində növbəti bıçaqlanma hadisəsi baş verib.

Hadisə Xəzər rayonu, Qala qəsəbəsi Yeni Yaşayış massivində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Nəhmətov Fariz Adil oğlu qonşuları tərəfindən döyülüb və daha sonra bıçaqlanıb.

Hadisə barədə “Report”a açıqlama verən Nəhmətov Fariz bildirib ki, qonşusu Qadir, oğlu İlkin və yeznəsi onu döyüb. Daha sonra baş və ayaq nahiyəsindən bıçaqla xəsarət yetiriblər.

Nə düşünürsən?