Sürücü nəsli tükənməkdə olan heyvanı vurub öldürdü

  • 17.02.2020
  • 0

Rusiyada magistral avtomobil yoluna çıxan nəsli tükənməkdə olan Amur pələngini maşın vurub.


Oxu24.com   İHA-ya istinadən xəbər verir ki, hadisə ölkənin Primorski diyarında baş verib.


Nəticədə Amur pələngi tələf olub.


Hüquq-mühafizə orqanları qəzanı törədən sürücünün ifadəsini aldıqdan sonra onu sərbəst buraxıb.


Faktla bağlı araşdırmalara başlanılıb.


Qeyd edək ki, “Qırmızı kitab”a daxil edilən Amur pələnginin dünyada sayı 580-600 arasıdır. 

Nə düşünürsən?