Magistral yolda 70-ə yaxın avtomobilin iştirakı ilə zəncirvari qəza: 10 YARALI

  • 16.02.2020
  • 0

Kanadanın Ontario vilayətində onlarla avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

YPX.AZ xəbər verir ki, hadisə nəticəsində 10 nəfər yaralanıb. Qəza Barry şəhəri yaxınlığındakı magistral yolda baş verib. Polisin məlumatına görə, təxminən 70 nəqliyyat vasitəsi qəzaya uğrayıb. Magistral yolda nəqliyyatın hərəkəti hər iki istiqamətdə də məhdudlaşdırılıb.

Belə ki, qəza nəticəsində yanacaq maşınına da ziyan dəyib, bunun nəticəsində yola 500 litrdən çox yanacaq tökülüb. İlkin versiyaya görə kütləvi qəzaya, qarlı hava şəraiti səbəb olub. Ölkənin bu bölgəsində bir neçə gündür güclü qar yağışı müşahidə edilir.

Nə düşünürsən?