Yolun sağ hərəkət zolağındasansa üstünlük səndədir? – YHQ-dən bixəbər sürücü

  • 16.02.2020
  • 0

Dönmə işıq göstəricisindən istifadə etmədən zolaq dəyişmək istəyən sürücü yolun sağ zolağı ilə hərəkət etdiyi üçün bütün üstünlüyün onda olduğuna inanır.

YPX.AZ xəbər verir ki, Bakının Cəlil Məmmədquluzadə küçəsində yolun sağ zolağı ilə hərəkət edən 99 EX 063 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü dönmə işıq göstəricisindən istifadə etmədən yolun sol hərəkət solağında nəqliyyat vasitəsinin olmasına baxmayaraq yavaş-yavaş o zolağa doğru manevr etməyə başlayır. Bu zaman sol zolaqda hərəkətdə olan sürücünün hərəkətinə maneəçilik törədərək qəza şəraiti yaratmış olur. 

Qayda pozan sürücü, bu əməlinə səs siqnalı ilə xəbərdarlıq edərək doğru etmədiyini ona bildirən digər sürücüyə:

“mən yolun sağ hərəkət hissəsində olduğum üçün mənə yol verməlisən, qanundan xəbərin yoxdur” -deyərək özünü haqlı çıxartmağa çalışıb.

Həmin dialoqun da öz əksini tapdığı görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?