Sürücülərimizin zolaqlar üzrə hərəkət etməmə vərdişi

  • 15.02.2020
  • 0

Paytaxt yollarında rast gəldiyimiz hallardan biri də sürücülərin zolaq üzrə doğru hərəkət etməməsidir.

 

YPX.AZ məlumat verir ki, sürücülər zolaqlar üzrə hərəkəti pozaraq iki zolağı eyni anda zəbt edir, zolaq dəyişərkən dönmə işıq göstəricisindən istifadə etmir, etsə belə anidən dönmə əməliyyatı edərək digər hərəkət iştirakçılarının hərəkətinə mane olur, onlara təhlükə yaradırlar.

 

Ümumiyyətlə bəzi sürücülərimizdə belə bir düşüncə var ki, dönmə işıq göstəricisini yandırdınsa manevr edərək zolağı dəyişmək olar. Bu əməliyyatı edərkə güzgülərdən istifadə edərək manevr etdikləri zolaqda hansısa bir nəqliyyat iştirakçısının olub olmaması ilə də maraqlanmırlar. Bu hallarda həmin sürücülər özlərini haqlı bilirlər.

 

Sözügedən sürücülərin qəza etməmələrinin səbəbidə digər hərəkət iştirakçılarının tormozlama edərək qəzadan yayınmağa çalışmalarıdır.

 

Bu məsələ ilə bağlı görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?