Lempard: "Ziyex bizə çox xeyir verə bilər"

  • 14.02.2020
  • 0

"Çelsi" klubunun baş məşqçisi Frenk Lempard "Mançester Yunayted"lə oyundan öncə mətbuat konfransı keçirib. Gənc mütəxəssis yeni transferləri olan Hakim Ziyex barədə danışıb:

"Pulişic U-23 ilə birgə məşq edir. United ilə oyuna hazır olmayacaq. Loftus Çik demək olar ki, qayıdır daha çox oyuna ehtiyacı var. Abraham ayaq biləyində ağrını hiss edir amma yenə də məşqlərini edir.

Hakim Ziyex gələn sezon bizə çox kömək olacağına ümidliyəm. Komandanın oyununa keyfiyyət qata bilər. Onun oyununu çox izləmişdim. Rəqib cərimə meydançasında təhlükəli oyunçudur. Onunla danışmışam və onunla işləmək üçün həyəcanlıyam. Premier League'də iz buraxa biləcək bir oyunçu görürəm.

United ilə oyunda qapıda kimin olacağı ilə bağlı qərarımı vermişəm. Bazar ertəsi günü öyrənəcəksiniz.

Nə düşünürsən?