Загрузка...

Qədim Bakının köhnə adətlərindən biri: “Avtoş”luq

14.02.2020 | 86 | 0

Son günlər hüquq mühafizə orqnlarının “radar”ına tez-tez düşən “avtoş”lara qarşı mübarizə artmaqdadır.

 

YPX.AZ xəbər verir ki, bir neçə gün bundan qabaq DİN Xızı rayonunda avtoxuliqanların həbs olunması ilə bağlı məlumat yaymışdı. Ümumiyyətlə gündəmdən düşməyən avtoxuliqanlıqla bağlı demək olar hər gün KİV-də müxtlif xəbərlər yayılır. Müxtəlif bölgələrdə müxtəlif avtomobillər avtoxuliqanlıq edərkən ya abyektivlərə tuş gəlir ya da özləri bu əməlləri ilə öyünərək video materialları sosial şəbəkələrdə paylaşırlar.

 

Gənc nəsildə “Avtoş”luq etməyə maraq yeni bir şey deyil. Sizə təqdim etdiyimiz görüntülərdən də göründüyü kimi Sovet dönəmindən bu günümüzə qədər gəlib çatan “adrenalin”li olduğu qədər ölümcül olan “xəstəlik”dir bu.

 

Məsələ ilə bağlı bir çox yanaşmalar var: qanuna zidd olması, ətrafa ölüm saçması, “Avtoş”ların öz həyatlarını önəmsəməməsi.

 

Əsasən Sovet istehsalı olan avtomobillər daha çox “Avtoş”ların diqqət mərkəzindədir.  Buna misal olaraq “Lada Niva”, “VAZ 2107”, “VAZ 2106” markalı avtomobilləri göstərmək olar. Hansı ki, bir çox cəhətdən təhlükəsizlik normalarına cavab verməyən bu avtomobillər el deyimi ilə desək “konserva”dan heç də fərqlənmirlər. Zərbəyə davamlı olmayan sözü gedən avtomobillərin “Avtoş”ların etdikləri dəyişikliklərlə istimar qaydaları da pozulmuş olur ki, bu da qəzaya şərait yaradan başlıca amillərdəndir. 

Avtoxuliqanlıq edən zaman qəzaya düşərək xəsarət almış, hətta dünyasını dəyişmiş sürücülərlə bağlı yetərincə nümunələr var. 

 

Onların bu əmməllərinin qarşısını almaq istəyən YPX isnpektorlarının özlərinə və ya xidməti avtomobillərinə, ötüşdükləri avtomobillərə, piyadalara, digər hərəkət iştirakçılarına zərər vurmaları da qaçınılmaz və yaşanmış hallardandır. 

 

Bu məsələyə diqqət çəkdikcə bəzi sürücülər özlərinə haqq qazandırmağa çalışır, əməllərinin yanlış olmadığını idda edirlər. Ancaq heç kim hər an baş verə biləcək qəzadan sığortalanmayıb. Sizin əməlləriniz siz də daxil olmaqla kimlərinsə həyatına son qoya bilər. Bu isə geri dönüşü mümkün olmayan haldır.

 

Qanunları bilək və onlara riayət edək. Çünki, qanunlar bizlərin təhlükəsizliyi üçündür.

Nə düşünürsən?

<