Загрузка...

Virusa yoluxan dövlət işçisi hamının gözləri qarşısında GÜLLƏLƏNDİ

14.02.2020 | 357 | 0

Şimali Koreyada koronavirusla bağlı dəhşətli iddia ortaya atılıb.


oxu24.com  Publika.az-a istinadən xəbər verir ki, virusa yoluxduğu ehtimal edilən dövlət işçisi karantin altına alınıb. Lakin o, karantin altında olarkən qaydaları pozub. İcazəsiz hamama girən şəxs nəzarətçi tərəfindən güllələnib. Həmin şəxsin Ticarət Nazirliyinin əməkdaşı olduğu bildirilir.


Hadisə zamanı həkimlər də karantin otağında olub. İddialara görə, adı açıqlanmayan şəxs Şimali Koreya lideri Kim Çen Inın Çinə səfəri zamanı onu müşayiət edən heyət arasında yer alıb.


Qeyd edək ki, Çin ilə sərhədi olan Şimali Koreyada hələlik koronavirusa rast gəlinməyib.

Nə düşünürsən?

<