Romada güləşçilərimizə dəstək: "Ermənilərin səslərini batırmağı bacardıq"

  • 14.02.2020
  • 0

Romada keçirilən güləş üzrə Avropa Çempionatı davam edir.


Offsideplus.az xəbər verir ki, pəhləvanlarımız qərib diyarda dəstəksiz qalmır. 1 qrup azərbaycanlı tələbə Romada yığmamızın üzvlərinin özlərinin tək hiss etməsinə şərait yaratmırlar.

Vasif Abdıyev, Emil Mərdənov, Orduxan Hüseynquluyev adlı şəxslər ətraflarına bir qrup gənc yığaraq idmançılarımıza dəstək olurlar.

Offsideplus.az-a açıqlama Orduxan Hüseynquluyev güləş yığmamız üçün əllərindən gələn etdiklərini bildirib:

“Yunan-Roma güləşçilərimiz bizi qürurlandırdılar. Hamısına təşəkkür edirəm. 5-10 nəfərlik qrup şəkilində idmançılarımıza dəstək oluruq. Biz Romada təhsil alan tələbələrik. Bu günkü görüşlərdə daha çox olmağa çalışacağıq”.

Vasif Abdıyev yarışından gec xəbər tutduqları üçün yaxşı təşkilatlana bilməməklərindən danışıb:

“Güləş üzrə Avropa Çempionatı keçiriləcəyini bilmirdik. Bu haqda gec xəbər tutduq. Əvvəlcədən bilsəydik, yaxşı təşkilatnana, sayımızın çox olmasına şərait yarada bilərdik. Az olsaq da, ürəklə millimizi dəstəkləyirik”.

Emil Mərdənov ermənilərə dəstək olanların səslərini batırdıqlarını bildirib:

“Eldənizin, Süleymanın görüşlərində həyacanlı anlar yaşadıq. Ermənilər sayca bizdən üstün olsa da, onların səsini batırmağa gücümüz yetdi. Güləşçilərimiz də sağ olsunlar, üzümüzü qara etmədilər”.

Nə düşünürsən?