Hər kəs polisin bu qəhrəmanlığından danışır

  • 14.02.2020
  • 0

Fevralın 12-də Bakıda daha bir Yol Patrul Xidməti əməkdaşları nümunəvi addımları ilə fərqləniblər.

YPX.AZ xəbər verir ki, hərəkətdə olan “VAZ-21011” markalı avtomobildə sərnişinin halı pisləşib. Belə ki, sərnişinin halı qəflətən pisləşib və əldə etdiyimiz məlumata görə, böyrəyindən sancı tutub. Lakin, yolda tıxac olub və sürücü çıxılmaz vəziyyətə düşüb.

 

Bu zaman sürücü ərazidə xidmətdə olan YPX əməkdaşlarına yaxınlaşaraq sərnişinin halının pisləşdiyini bildirirərək, kömək istəyib. YPX əməkdaşları təcili tədbir təşkil edib, sayrışan işıqları qoşaraq xəstəni 1 saylı şəhər klinik xəstəxanasına çatdırmışdır.


YPX.AZ-ın əldə etdiyimiz məlumata görə, həmin 99 YP 371 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə xidmətdə olan YPX inspektorları polis baş serjantları Əlimuradov Vasif və Əhmədov Adil olub.


Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?