MSK sədri danışır:“Gözümüzü yumub hamısını ləğv etsək...”

  • 14.02.2020
  • 0

"Sosial şəbəkələrin rolunu artıq hiss edirik. Bu elə qeyri-adi fenomendir ki, kim nə görür, orada paylaşır. Sosial şəbəkə bizim üçün əsas mənbədir".


Oxu24.com   xəbər verir ki, bunu "Real TV"-yə müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.



Məzahir Pənahov bildirib ki, sosial şəbəkələrdə pozuntularla bağlı paylaşılan görüntülər məntəqələrin iki faizindən çoxunu əhatə etmir: "Bəzən insanlarda elə təəssürat yaranır ki, bütün ölkə üzrə pozuntular olub. Sosial şəbəkələrdə olanlara görə biz gözümüzü yumub hamısını ləğv etsək, 5573 məntəqənin iki faizini təşkil edəcək". 

Nə düşünürsən?