Загрузка...

Mikrofonu yerə tullayıb tamaşaçıya hücum çəkdi

14.02.2020 | 39 | 0

İngiltərənin məşhur “NME Awards 2020” tədbirində dava baş verib.

“Qafqazinfo” xəbər verir ki, repçi Slowthai “ilin qəhrəmanı” mükafatını götürmək üçün səhnəyə çıxıb. İfaçının çıxışı zaman tamaşaçılar arasından etiraz səsləri gəlməyə başlayıb. Bu zaman Slowthai mikrofonu yerə tullayaraq kənara çəkilib və çıxışını məhv etdiklərini deyib.

Daha sonra tamaşaçılardan biri mikrofonu götürərək ona atıb. Buna əsəbiləşən sənətçi səhnədən atılaraq sözügedən şəxsə hücum edib. Reper mühafizəçilərin köməyi ilə oradan uzaqlaşdırılıb.

Nə düşünürsən?


<