37 milyon izləyicisi olan aktyordan Türkiyə polisinə təşəkkür

  • 13.02.2020
  • 0

İndoneziyalı aktyor Raffi Əhməd 37 milyon izləyicisi olan "Instagram” səhifəsindən Türkiyə polisinə təşəkkürünü bildirib.

Sfera.az xəbər verir ki, bu barədə "HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, məşhur aktyor xüsusi bir işi üçün Cakartadan İstanbula gedib. Lakin hava limanında  çamadanını itirib. Aktyor hüquq-mühafizə orqanı əməkdaşlarına müraciət edib. Çox az müddətə onun bütün əşyaları tapılaraq özünə qaytarılıb.

Sosial mediada 44 saniyəlik təşəkkür videosunda R.Əhməd Türkiyə bayrağını da nümayiş etdirib. (oxu.az)

Nə düşünürsən?