Quba və Şəkidə evlərdən oğurluq edən şəxslər tutulub

  • 13.02.2020
  • 0

Qubada oğurluq etməkdə şübhəli bilinən şəxs tutulmamaq üçün polisə müqavimət göstərib.


Xezerxeber.az-ın məlumatına görə, Quba rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Cağacuq kəndi ərazisində yerləşən və yaşayış olmayan evlərin birindən ümumi dəyəri 4000 manatdan çox olan elektrik naqilləri oğurlayan şəxs saxlanıb.



Araşdırmalarla onun Siyəzən rayon sakini, 28 yaşlı Toğrul Güləliyev olduğu müəyyən edilib. Saxlanan zaman o, məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa çalışıb, lakin buna müvəffəq olmadığını görərək özünə xəsarət yetirmək istəyib. Polis əməkdaşları onun bu cəhdinin də qarşısını alıblar.


Şəkidə də evdən qızıl və pul oğurlamaqda şübhəli bilinən gənc saxlanıb. Şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən 18 min 700 manat dəyərində qızıl sikkələr və 3100 dolların oğurlandığı müəyyən olunub. Oğurluğu törətməkdə şübhəli bilinən Şəki şəhər sakini 19 yaşlı Abdullətif Əliyev saxlanıb.

Nə düşünürsən?