Zaur efirdə diz çökdü

  • 13.02.2020
  • 0

ATV-də yayımlanan "BizimləSən" verilişində həyəcanlı anlar yaşanıb.

Sfera.az xəbər verir ki, verilişdə anadangəlmə kar və lal olan Sahibin eşidərək cavab verməsi aparıcı Zaur Baxşəliyevi təsirləndirib.

Verilişin köməkliyi ilə əməliyyat edilən uşağın görüntülərindən sonra Zaur sevincindən diz çökərək şükr edib:

"Mən Allahıma şükr edirəm. Bir dəfə yalvarmaq üçün diz çökmüşdük, indi isə şükr etmək üçün. Dünyada bundan böyük möcüzə yoxdur mənim üçün. Biz səbr etdik, hər zaman da səbr edəcəyik. Çünki Allah səbr edənləri sevər. Bir Sahib balaya görə "BizimləSən" verilişini etməyə dəyərdi. Sahib bu gün ana-ata, Zaur deyir, danışır və cümlə qurur. Bəli, eşidir və danışır!"

Həmin görüntüləri təqdim edirik: (yeni sabah)

Nə düşünürsən?