Sumqayıtın inkişafı sakinlərin gözü ilə

  • 13.02.2020
  • 0

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar ölkə həyatının bütün sferalarını əhatə etməyə başlayıb. Bu islahatların izlərini təkcə paytaxt Bakıda deyil, respublikamızın bütün şəhər və rayonlarda görmək mümkündür. İslahatların əsasını isə əhalinin sosial-rifah halının yüksəldilməsi, yerli sakinlərin yeni iş yerləri ilə təmin olunması, insanların istirahətini, asudə vaxtlarını səmərəli və sağlam həyat tərzi keçirməsi təşkil edir.


Ölkədə aparılan tikinti və yenidənqurma işləri Sumqayıt şəhərini də əhatə edir. Burada “Nizami” kinoteatrı üçün yeni binanın inşası, “Kimyaçı” Mədəniyyət Sarayının əsaslı təmir-bərpası və şəhər ərazisində Cüdo Mərkəzinin yaradılmasını nümunə kimi göstərmək olar.

Nə düşünürsən?