Baloğlan mahnı oxudu, Nüşabə efiri tərk etdi

  • 13.02.2020
  • 0

Əməkdar artistlər Baloğlan Əşrəfov və Nüşabə Ələsgərli "ARB" kanalında yayımlanan "Ona qalsa" verilişində qonaq olublar.

BiG.AZ xəbər verir ki, veriliş zamanı xoşagəlməz hallar yaşanıb. Belə ki, öncə müğənnilərin yemək üstündə mübahisələri düşüb. Daha sonra Baloğlan Əşrəfov "Ana muğamı" ifa edib, Nüşabə Ələsgərli isə efiri tərk edib. Səbəb isə ifa edilən "Ana muğamı" olub.

"Səhər-səhər belə muğam oxuyursunuz. Mən ağlayıb, kefimi pozmaq istəmirəm. Baloğlan bəy qardaşımın toyunda bu ana mahnısını məhz anamın istəyi ilə oxuyub. İndi mən necə bu mahnıya qulaq asıb kövrəlməyim?! İki ayın içində anamı və bacımı itirdim. Çox stress keçirdim. İl yarım mən efirə çıxmadım. Ondan sonra səhhətimdə problemlər oldu. Həkim də mənə stresdən uzaq durmağı tapşırıb”, - deyərək müğənni açıqlama verib.

Nə düşünürsən?