"Biznes Lady" dən şok açıqlama: Zaur Baxşəliyevə görə damarımı kəsdim

  • 13.02.2020
  • 0


Bir  neçə  gündür  yerli  mətbuatda  həbs  olunduğu  deyilən “biznes lady”,Mak  Marin LTD  şirkətinin  rəhbəri    Mətanət  Süleymanzadə  haqqında  yazılanlara  ilk  dəfə  cavab  verib.


Oxu24.com    saytına   özəl  müsahibə  verən  şirkət  rəhbəri   onun həbs  olunması  xəbərinin  kökündən  yalnış  olduğunu  bildirib. 


- Mətanət xanım, şirkətiniz  ətrafında nə  baş verir?


- “Mak Marin LTD”  şirkəti  hər  zaman  sıfırda  olan  vətəndaşların  yanında  olub.  Bizim  şirkət vətəndaşları   ixtisaslaşdırıb, müəyyən  layihələrə    yönləndirib. Məqsədimiz   sıfırda   olan  vətəndaşlara   ixtisas   verib,  işə   yönləndirməkdir.  Şirkəti  yaradanda     məqsədimiz   yerli  mütəxəssislərin  hazırlanması  idi.  Bizim  əsas  fəaliyyətimiz   Dövlətimizin  apardığı  uğurlu  siyasətə  dəstək   olmaqdır. 


Bizim  şirkət  qanuni   olaraq   fəaliyyət  göstərir. Biz vergi   ödəyicisiyik. Buna  görə də, bizim vasitəmizlə  kurslara  gedən  və  sertifikat   alan  vətəndaşlardan  Dövlət   rüsümu  alınırdı.  Bu rəsmi  ödəniş  çeki  ilə  ödənilən   pullardır. Çünk i biz özümüz –özümüzü  maliyyələşdirən  şirkətik.  Vətəndaşlara   rəsmi   şəkildə  ödədiyi   dövlət  rüsumuna  görə  çeklər  verilib. Burada  qanundan  kənar   bir  şey  yoxdur. 


- Həmin məbləğin  miqdarı  nə qədərdir?


- Bu  məbləğ   veriləcək   sertifikatdan   fərqli  olaraq  200-500  manat  aralığında  dəyişib. Bir daha   qeyd   edim  ki,  vətəndaşdan   qəbul   olunan   həmin   rəsmi   dövlət   rüsumu  200-500 manat  aralığında   dəyişir.  Bütün   bunlar  Vergilər Nazirliyinin   nömrələnmiş  çekləri   verilməklə   qəbul   edilib.



- Mətbuatda  vətəndaşlardan  külli miqdarda  pul  alıb aldadıldığ yazılır. Burada söhbət 5000 -6000  məbləğdən  gedir. Bu  pulu   kim  alıb   vətəndaşlardan?



- Mən   bu  ilin əvvəlində   tam  təsadüf  nəticəsində  bir vətəndaşı  dindirdim.Vətəndaş  mənim  qəbulumda  olanda  dedi ki, fəhləlik   işinə   düzəlmək üçün  3  min  manat pul  verib. Bu  sözü eşidəndə   şoka  düşdüm. Həmin  vətəndaşın  sözündən  sonra  şübhələndim  və  bu  sözün  haradan   qaynaqlandığını  araşdırmağa  başladım. Gördüm ki, müəyyən şəxslər  mənim  adımdan   istifadə  edərək  vətəndaşlardan  böyük  məbləğdə  pul  alaraq  işə  düzəltmək  adı   ilə   bizə  yönləndiriblər. Onlar vətəndaşlara  tapşırıblar  ki,  mənim  yanıma  gələndə  pul  verdiklərini  deməsinlər. 

Mən   bir  siyahı  ələ keçirdim. 21  nəfər  vətəndaşdan  93 min manat  pul  alınıb. 


Mən   bu  adamların  kim  olduğunu  müəyyən  etmək üçün  Nərimanov Rayon  Prokurorluğuna   rəsmi  ərizə  ilə  müraciət  etmişəm.  Vətəndaşları  aldadıb   mənim  adımdan  istifadə  etməklə  pul   alan   şəxslər   arasında   bizim  ofisdə   çalışmış  və   onlarla   əlaqəyə  girmiş   kənar  şəxslərin  də  əli  var. Bütün  bunlara  hüquq  mühafizə  orqanları  hüquqi  qiymət  verəcək.


- Yerli  media  sizdən  kütləvi  şəkildə  şikayət olunduğunu  və Sizin həbs olunmağınızı  yazdı. Buna  cavabınız  necədir?


- Çox  təəssüf  edirəm ki,  yerli   media araşdırmadan, həqiqətin kökünü  tapmadan  bu  informasiyanı  yazdı. İlk  dəfə  olaraq ATV kanalında yayımlanan “Bizimləsən” verilişinin aparıcısı   Zaur  Baxşəliyev  heç  bir  araşdırma  aparmadan  mənim  haqqımda  efirdə  fikirlər  səsləndirdi. Onlar hətta məni  “dələduz” belə adlandırdı.Zaur Baxşəliyevin  diqqətinə  çatdırım  ki, bu  ölkənin məhkəmə sistemi  var. Kimin  dələduz, cinayətkar  olmasını  hüquq-mühafizə  orqanları  müəyyən  edir.  Bu Zaur Baxşəliyevin verəcəyi  qərar  deyil. Həmin  veriliş  efirə  getdiyi  zaman  mənə  çoxaylı zənglər gəldi. Çıxılmaz vəziyyətə  düşüb  intihara  cəhd  etdim. Qolumu  kəsdim. Onlar   məni  ölüm həddinə  qədər  çatdırdı.  Buna  görə  də  Nərimanov  Rayon  Prokurorluğuna  rəsmi  şikayət  ərizəsi  ilə  müraciət  etmişəm. Maraqlıdır  ki,  vətəndaşların   heç  biri  mənə  pul  verdiyini  demir. Çünki  mən vətəndaşdan  pul almamışam. Pulu  məndən  xəbərsiz  müəyyən  adamlar alıb. İndi  araşdırma  getdiyindən mən adları açıqlamıram. Hamısını  hüquq-mühafizə  orqanları araşdırır.


- Şirkət rəhbəri  olaraq aldadılan vətəndaşlara  sözünüz  nədir?


- Mən  aldadılan  hər  bir vətəndaşın  yanındayam. Vətəndaşı  aldadıb  pulunu alan  şəxslərin cəzalandırılmasının   və  vətəndaşlara  vurulan  zərərin  ödənilməsini  o  şəxslərdən  tələb  edəcəm. Mən  bu  işdə  hüquq-mühafizə  orqanlarından  kömək  istəyirəm. Ölkəmizdə  kifayət  qədər  peşəkar hüquq-mühafizə  orqanları  əməkdaşları  var. İnanıram   ki, hər bir  detal araşdırılacaq.


Nə düşünürsən?