Evli kişidən uşaq doğan tələbə qız: "Bibilərim deyir ki, get fahişəlik et, pul qazan"

  • 13.02.2020
  • 3.1K baxış
  • 0

Evli kişidən uşaq dünyaya gətirən Səlihət qohumlarının təzyiqi ilə üz-üzə qalıb.


BAKU.WS xəbər verir ki, əlində bir uşaqla ortalıqda qalan qadın Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramından kömək istəyib.


Tənha ananın sözlərinə görə, bibiləri və əmisi onları yaşadıqları ata evindən çıxarmaq istəyir. Qohumlar ata yurdunda atası bilinməyən uşağın yaşamasına etiraz edirlər.


Səlihət bibilərinin onu əxlaqsızlığa sövq etdiyini deyir:


"Bibilərim mənə deyir ki, qanunsuz uşaq doğmusan. Mən səhvimi qəbul edirəm. Mənim səhvim Elşənə inanmağımdır. Amma onlar bibi kimi mənə arxa durmadılar. Əksinə, məni kənddə pislədilər. Beş bibim, bir əmim məni kənddən qovub, torpağımızı, evimizi əlimizdən almaq istəyirlər. Bibilərim deyir ki, pis yola get, pul qazan, özünə varlı kişi tap. Öz bibilərim mənə bunu deyirsə, Elşən kimilər nə deyəcək?"

3 il əvvəl Balakən rayon Kortala kəndindən Bakıya oxumağa gələn Səlihət 2017-ci ildə Lənkəranın Kərgəlan kəndindən olan İsmayılov Elşən Novruz oğlu tanış olub, 2018-ci ildə ondan bir uşaq dünyaya gətirib.

Elşən tələbə qıza subay olduğunu bildirərək onunla münasibət qurub. 1 il Bakıda kirayə tutduqları evdə bərabər yaşayıblar. 2018-ci ildə uşaq doğulub. Evli kişi tələbə qızın hamilə olduğunu öyrəndikdən sonra aradan çıxıb. Hazırda Elşənin 35, bir uşaqla ortalıqda qalan qadının 22 yaşı var. Atası axtarılan uşağın isə 2 yaşı var.

Nə düşünürsən?