Yemelyanenko Çeçenistanda avtomobildən mərcə girdi

  • 13.02.2020
  • 0

Qarışıq döyüş növləri üzrə dünya çempionu (MMA) Aleksandr Yemelyanenko növbəti döyüşünə Çeçenistanda hazırlaşır.


Kavkaz.mk.ru məlumat verir ki, A.Yemelyanenko hazırlıqlarını “Əhməd” (“Axmat”) döyüş klubunda keçirir.


A.Yemelyanenko bir müddət spirtli içkilərdən istifadə etməyəcəyi barədə söz verib.


Döyüş klubunun rəhbəri Əbuzeyd Vismuradov dünya çempionu ilə mərcə girdiyini açıqlayıb:


“Yemelyanenko azı bir il müddətində içkidən imtina edəcəyi haqqında söz verib. Mərci pozacağı təqdirdə Ramzan Kadırovun ona hədiyyə etdiyi avtomobildən imtina edəcək”.

Nə düşünürsən?