Prezident İlham Əliyev Kürdəmir rayonuna səfər edib

  • 12.02.2020
  • 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfərə gəlib.


Xezerxeber.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Kürdəmir şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.


Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.


Prezident İlham Əliyev Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında, Kürdəmir rayonunun Karrar qəsəbəsində "Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının təqdimatında, Kürdəmirdə "ASAN xidmət” mərkəzinin və "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışında iştirak edib. 

Nə düşünürsən?