Yol polisləri sürücülər üçün həyatını təhlükəyə atdı

  • 12.02.2020
  • 0

Bakı dairəvi yolu, Zaqulba istiqamətində buz bağlayan yolu YPX əməkdaşları təhlükəsiz hala gətirməyə çalışıblar.


YPX.AZ xəbər verir ki, yolun buz bağlamış hissəsini 99 YP 314 dövlət qeydiyat nişanlı xidməti avtomobildə ximət aparan YPX inspektorları qumlayaraq yolda avtomobillərin sürüşərək qəza törətməsi ehtimalını minumuma endirməyə çalışıblar.


Hadisənin görüntüləri oxucumuz tərəfindən qeydə alınaraq “Qaynar xətt”imizə göndərilib.


Oxucumuz bizə yazaraq qeyd edib:


“Səhər saatlarında övladımı məktəbə apararkən bu halın şahidi oldum. Yolda hərəkət sürəti çox olduğu üçün hadisə daha çox diqqətimi çəkdi. Özlərini təhlükəyə ataraq xidmət göstərmələri, sürücülərin rahatlığını təmin etmələri çox qürurverici haldır. Elə bu səbəbdən avtomobilimi saxlayıb hadisəni video qeydə aldım, şəkillərini çəkdim. Bunu işıqlandırmağınızı xaiş edirəm. Diqqətinizə görə təşəkkürlər.

Hörmətlə, Faiq. ”


Qeyd edək ki, sözügedən ərazidə yolun hərəkət sürəti iki zolaq üzrə 110, bir zolaq 90, digər zolaq isə 70 km/saatdır.


Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?