Evinə gələndə çarpayısında çılpaq kişi yatdığını gördü

  • 12.02.2020
  • 0

ABŞ-ın Florida ştatının Neypls şəhərinin sakini gecə evinə qayıdanda çarpayısında tanımadığı çılpaq kişinin yatdığını görüb.


Bu barədə “Miami Herald” xəbər yayıb.


Bildirilir ki, ev sahibi Brendon Holl dərhal polis çağırıb.


Məlum olub ki, evə girən şəxs 38 yaşlı Con Laylsdır. O, harada olduğunu belə anlamayıb. Hüquq-mühafizə orqanının əməkdaşları tibbi müayinə üçün onu xəstəxanaya çatdırıblar. Sonra o, yenidən həbsxanaya göndərilib. C.Layls yolda vaxtaşırı dəli kimi gülüb və hətta bir dəfə polis maşınını sındırmağa cəhd edib.


Layls qarət, qəsdən zərər vurma və xırda oğurluqda ittiham olunub. O, 2000 dollar (3400 AZN) girov müqabilində azadlığa buraxılıb.

Nə düşünürsən?