YPX əməkdaşları sürücünün həyatını belə xilas etdi

  • 12.02.2020
  • 0

Ağsu rayonunda yol polisi əməkdaşları sürücünün həyatını xilas edib.

 

YPX.AZ xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, ötən gün Ağsu şəhərində bir vətəndaş ərazidə xidmət aparan Dövlət Yol Polisi əməkdaşlarına yaxınlaşaraq onlardan kömək istəyib. O, yük avtomobilinin sürücüsü, epilepsiya xəstəliyindən əziyyət çəkən atasının halının pisləşdiyini bildirib.

 

Ağsu RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları - polis leytenantı Orxan Əzizov və polis serjantı Rais Baxşiyev dərhal həmin sürücüyə ilkin tibbi yardım göstərərək öz avtomobillərində Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

 

Orada sürücü Tərlan Kərimova zəruri tibbi yardım göstərilib. Onun səhhəti normallaşanadək polis əməkdaşları xəstəxananı tərk etməyiblər. Sürücünün oğlu və ailəsi polis əməkdaşlarının belə humanistliyinə, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

 

Sözügedən görüntüləri sizlərə təqdim edirik:


Nə düşünürsən?