Xəbər oxuyan aparıcını gülmək tutdu

  • 12.02.2020
  • 0

“Kamçatka” teleradio şirkətinin “Vesti” xəbərlər proqramının aparıcısı Aleksandra Novikova efir vaxtı Rusiyada sosial ödənişlərin 3 faiz artırıldığına dair xəbəri oxuyarkən anidən gülməyə başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, aparıcının oxuduğu xəbərdə əlillər, veteranlar, radiasiyaya məruz qalmış vətəndaşlar və güzəşt müavinətləri alan şəxslərin onlara verilən 1500 rublun 900 rublunu dərmana, 137 rublunu sanatoriya paketinə, qalanını isə müalicə yerinə gedib-gəlmək üçün şəhərlərarası və beynəlxalq nəqliyyatdan istifadəyə xərcləyə biləcəkləri vurğulanıb. Novikova cümləsini bitirər-bitirməz onu gülmək tutub. Daha sonra o, üzr istəyərək “Mən çalışırdım ki, gülməyim dayansın, siz axı özünüz də gördünüz” deyə bildirib.

Baş vermiş bu hadisə KİV və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Belə ki, Aleksandra Novikovanın bu davranışına görə işinə son veriləcəyi qeyd olunub.

Rusiya Jurnalistlər Birliyinin “Kamçatka” şöbəsinin rəisi Qriqori Bekker aparıcının qəhqəhəsinin normal bir iş anı olduğunu bildirərək, onun televiziyada işini davam etdirəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, əhalinin güzəştli qrupuna (15 milyon nəfər) edilən aylıq pul ödənişləri fevralın 1-dən 3 faiz artırılıb. Qanuna görə əhalinin bu qrupuna sosial xidmətlər pul və ya natura şəklində göstərilə bilər.

Nə düşünürsən?