Rusiyanın qarşısıalınmaz silahı: Hər an İstanbul boğazını...

  • 12.02.2020
  • 0

Rusiyanın “Bastion-P” sahil mühafizəsi sistemi bu ölkənin düşmənləri üçün kabusa çevrilib.

Axar.az xəbər verir ki, bu barədə “Nəşnl İnterest”də dərc edilən məqalədə deyilir.

Bildirilir ki, sözügedən sistemlər düşmənin həmlələrini, manevr imkanlarını məhdudlaşdıra bilər və bu səbəbdən digər ölkələrdə ciddi narahatlığa səbəb olub:

“Supersonik gəmi əleyhinə raketlərlə təchiz edilən sistem Baltik dənizi sahillərini qoruyur. Krımdakı sistemlər İstanbul boğazına, Kuril adalarına yerləşdirilən sistemlər isə Hokkaydo adasına giriş-çıxışı məhdudlaşdıra bilər. "P-800 Oniks" raketləri sayəsində ən azı 600 km-lik sahilin təhlükəsizliyi təmin edilir. Döyüş vəziyyətinə gətirilməsi isə sadəcə 5 dəqiqə vaxt tələb edir”.

Məqalədə vurğulanır ki, "Oniks" raketləri səsdən 2,5 dəfə sürətlidir və qarşısının alınması demək olar ki, mümkünsüzdür.

Nə düşünürsən?