"Qəbələ"nin çilili forvardı

  • 12.02.2020
  • 0

“Qəbələ”  çilili hücumçu Rodriqo Qattasın keçidini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar” 29 yaşlı cənubi amerikalı ilə 1,5 illik müqavilə imzalanıb. “Union Espanyola” nin yetirməsi olan forvard peşəkar karyerasına da bu komandada başlayıb. 2009-2013-cü illərdə adıçəkilən klubun üzvü olan Rodriqo sonradan vətənində “Union La Kalera” (2013-2014), “Kobreloa” (2014-2015), “Kobresal” (2015), “Santyaqo Morninq” (2016), “Reyncers” (2018) və “Santa Kruz”da (2019) çıxış edib.

Legioner həyatında Fələstinin “Hilal Əl-Qüds” (2016-2017), Uruqvayın “Serro” (2017) klublarında oynamış Qattasın son komandası ötən il şərəfini qoruduğu Kanada təmsilçisi “York9” olub. 

Nə düşünürsən?