Ana 3 il əvvəl ölən qızı ilə görüşdü - Parkda üz-üzə gələndə...

  • 12.02.2020
  • 0

Cənubi Koreyada ana 3 il əvvəl həyatını itirən qızı ilə texnologiya vasitəsiylə bir araya gətirilib.


Elm adamları texnologiya vasitəsiylə virtual olaraq ana və qızını əvvəllər tez-tez getdikləri parkda görüşdürüblər. Qızına toxunarkən əlləri titrəyən ana onunla danışıb. Həmin an ana gözyaşlarına hakim ola bilməyib. Bu vəziyyəti izləyənlər də duyğulu anlar yaşayıb.


Qeyd edək ki, qızcığaz 3 il əvvəl nadir xəstəlikdən dünyasını dəyişib.

Nə düşünürsən?