Ad günündə Günay İbrahimliyə Bulvarda atəşfəşanlıq təşkil edildi

  • 11.02.2020
  • 0

Məşhur müğənni Günay İbrahimli ötən axşam dəniz kənarı restoranların birində özünə sadə ad günü məclisi qurub.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, 29 yaşını qeyd edən ulduzun doğum günü "party”sinə bir sıra sənət yoldaşları və yaxın dostları qatılıblar.

 

Şən və musiqili keçən ad günü məclisində Günay ağ və qara rənglərdə iki libas geyinib. Gecədə əylənən İbrahimli səhnəyə çıxaraq mahnılarını oxuyub.  

Rəngarəng keçən doğum günü "party”sinin sonunda G.İbrahimli üçün bulvarda atəşfəşanlıq təşkil olunub. Doğum günündə yaşanan ən maraqlı anlar isə müğənninin dostları tərəfindən lentə alınaraq, sosial mediada paylaşılıb.

Nə düşünürsən?