Bu hallarda 500 manatdan 800 manatadək cərimə oluna bilərsiniz

  • 11.02.2020
  • 0

YPX.AZ  xəbər verir ki, Bakı küçələrində rast gəldiyimiz hallardan biri də avtomabilin istər ön istərsə də arxa faralarında və ya radiator barmaqlığının arxasında sayrışan işıqlar quraşdırılmış avtomobillərdir.

Bu halı əksərən “VAZ” və ya “LADA” markalı avtomobillərdə müşahidə etsək də bir çox aftomobil markalarında sürücülərimiz bundan istifadə  edirlər. Bu isə qanunda göstərilmiş müvafiq maddəyə  əsasən 500 manatda 800 manatadək cərimə deməkdir.

İnzibati Xətalar Məcəlləsi  342.9 Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə -inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Nə düşünürsən?